Kreml hələlik ABŞ-ın Qarabağ üzrə beynəlxalq müşahidə missiyası yaratmaq ideyasında heç bir konkretlik görmür.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Qarabağda hər hansı missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər", - o vurğulayıb.
Bundan başqa, Peskov həm Bakı, həm də İrəvanla, o cümlədən, Qarabağın erməni sakinləri ilə təmasları davam etdirdiyini əlavə edib.
Qeyd edək ki, ABŞ-ın Qarabağda beynəlxalq müşahidə missiyası yaratmaq ideyası barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.