Azərbaycan məhkəməsi Eynulla Fətullayevə bəraət verdi - 12 İLDƏN SONRA

Azərbaycanın Apellyasiya Məhkəməsində 2010-cu ildə həbsxana kamerasında narkotik maddə saxlamaqda təqsirləndirilən jurnalist Eynulla Fətullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Senzor.az haqqin.az-a istinadən bildirir ki, jurnalistin hüquqlarını tanınmış vəkil Muxtar Mustafayev müdafiə edir.

 

İttiham tərəfi çıxışında azərbaycanlı jurnalist E.Fətullayevə qarşı irəli sürülən ittihamları əsassız və Azərbaycan qanunvericiliyinə zidd hesab edərək, məhkəmədən 12 illik qərarın ləğvini və jurnalistə bəraət verilməsini istəyib.

 

Eynulla Fətullayev cavab nitqində ədalətli qərara görə Avropa İnsan Hüquqları Məhkəməsinə, eləcə də Azərbaycanın yurisdiksiyasında olduğu AİHM-in qərarını icra etdiyi üçün Azərbaycan Ali Məhkəməsinə təşəkkür edib. “Həyat ədalətlidir, ancaq biz bu ədaləti yalnız mübarizədə tapırıq”, – deyə jurnalist bildirib.

 

Xatırladaq ki, 2010-cu ildə Qaradağ Rayon Məhkəməsi həbsdə olan Eynulla Fətullayevi Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri saxlama) maddəsi ilə təqsirli bilib və 2,5 il müddətinə azadlıqdan məhrum edib. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında bildirilir ki, E.Fətullayev ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilib. Strasburq məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin pozulduğunu müəyyən edib. AİHM jurnalistin dərhal azadlığa buraxılması tələbi ilə tarixində görünməmiş hökm çıxarıb. Amma Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarına əməl etməyib, Avropa Şurası Nazirlər Komitəsi iki dəfə eyni tələblə qərar verib. Və yalnız bir neçə ay sonra Azərbaycan Prezidentinin müdaxiləsi jurnalisti yeni qanunsuz cəzadan xilas edib. 2011-ci il mayın 29-da Azərbaycan Prezidentinin sərəncamı ilə E.Fətullayev 4 il həbsdən sonra azadlığa buraxılıb.

 

Jurnalist azadlığa çıxdıqdan sonra dəfələrlə Azərbaycan hökumətinə 2010-cu ildə milli məhkəmələrin çıxardığı qərarların qanunsuz kimi tanınması və ona bəraət verilməsi tələbi ilə müraciət edib. Lakin Ali Məhkəmə jurnalistin günahsız olduğunu etiraf etməkdən imtina edib. Eynulla Fətullayev məhz bunlardan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb...

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.