Siyavuş Novruzov: İdarəetmədə icra hakimiyyəti və Prezidentin xüsusi nümayəndəliyi var -
"BİRİNİ SEÇMƏLİYİK"

Azad olmuş ərazilərdə yerli özünüidaretmə sisteminin tətbiqi formalarını fikirləşməliyik.

 

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat qeyd edib ki, azad olunmuş ərazilərdə artıq kəndlər birləşir: “Xocalıda, Ağdərədə bələdiyyə sisteminin formalaşması üçün biz qanunvericilikdə dəyişikliyə getməliyik. Bizdə idarəetmədə icra hakimiyyəti və Prezidentin xüsusi nümayəndəliyi var. Bunun effektivliyi ortaya çıxandan sonra ikisindən birini seçməliyik. Bələdiyyələrlə bağlı 28-ə qədər qanuna dəyişikliklər qəbul edilib. Bunu artıq Məcəllə şəklində qəbul etməliyik. Qarşıdan seçkilər gəlir. Seçkilərə qədər bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişiklik etməliyik. Çünki bəzi müddəalar artıq qüvvədən düşüb. Biz bələdiyyələrlə bağlı qanunvericiliyi qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanuna uyğunlaşdırmalıyıq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.