Ərdoğanın təşəbbüsünə İrandan kəskin reaksiya

İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Nasir Kənani bu ölkənin ərazisindən keçəcək nəqliyyat dəhlizinin mümkün tikintisi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın daha əvvəl söylədiyi fikirlərə Tehranın rəsmi mövqeyini açıqlayıb.

 

Senzor.az İran mediasına istinadən bildirir ki, Kənani deyib: “Biz beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda geosiyasi dəyişikliklərin yaradılmasına qarşıyıq. Bu, bizim aydın mövqeyimizdir”.

 

XİN nümayəndəsinin sözlərinə görə, İran bütün region ölkələrinin maraqlarını təmin edərək, onların inkişafı və çiçəklənməsinə töhfə verərsə, nəqliyyat marşrutlarının inkişafına razıdır, lakin geosiyasi dəyişikliklərin əleyhinədir.

 

“Biz Azərbaycan Respublikasının ərazi bütövlüyünü, eləcə də Ermənistan Respublikasının ərazi bütövlüyünü dəstəkləyirik. İran Qarabağın Azərbaycana qaytarılmasını dəstəkləyir”, - Nasir Kənani bildirib.

 

O, həmçinin əlavə edib ki, mübahisələrin geosiyasi dəyişikliklərlə həlli mümkün deyil və Tehran belə yanaşmanı dəstəkləmir. “Biz 3+3 prosesi çərçivəsində regional dialoqu və bu formatda ölkələr arasında məsləhətləşmələri alqışlayırıq”, - deyə Kənani fikrini yekunlaşdırıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.