Rusiya sülhməramlıları indiki vəziyyətdə nəyi bacarırlarsa, onu da edirlər.
Senzor.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində deyib.
“Biz Qarabağdan Rusiyaya getmək istəyən insanların qarşısını ala bilmərik. Biz azərbaycanlı həmkarlarımız və qonşularımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpası, ermənilərlə azərbaycanlıların ümumi yaşayışına şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bunda maraqlı olmalıdır və onlar bunun üçün səy göstərəcəklər”, - deyə Lavrov qeyd edib.