ERMƏNİLƏRİN KÖNÜLLÜ KÖÇÜ: ABŞ onu “etnik təmizləmə” adlandırmaqdan imtina etdi

ABŞ Dövlət Departamenti Qarabağdan ermənilərin çıxmasını “etnik təmizləmə” adlandırmaqdan imtina edib.

 

Senzor.az bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

 

O bildirib ki, ABŞ "etnik təmizləmə", "soyqırımı" və digər vəhşiliklərlə bağlı iddiaları ciddi qəbul edir: “Vəziyyətlə bağlı yerlərlə əlaqə saxlayırıq. Biz vəhşilik iddialarına cavab vermək üçün müvafiq tədbirlər görməkdən və bunun baş verdiyinə dair sübutlarımız olduqda günahkarları məsuliyyətə cəlb etməkdən çəkinməyəcəyik. Amma həmişə olduğu kimi, soyqırım və ya etnik təmizləmə qərarı düşünülmüş, sübuta əsaslanan prosesdir. Mən hazırda bu barədə qətiliklə danışa bilmərəm”.

 

Xatırladaq ki, ermənilər və onların havadarları Qarabağdan son günlər müşahidə olunan könüllü köçü bütün dünyaya məhz “etnik təmizləmə” faktı kimi təqdim etmək istəyirlər.


Yeri gəlmişkən, onu da qeyd edək ki, BMT missiyası oktyabrın 1-də Qarabağa səfər edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirmək idi.

 

BMT missiyası da dünən yaydığı bəyanatda ermənilərin Qarabağda qondarma “etnik təmizləmə” iddialarını təkzib edib.

 

"BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərlik etdiyi BMT missiyası oktyabrın 1-i Azərbaycanın Qarabağ bölgəsinə səfər edib. Ağdamdan yola düşən missiya Xankəndi şəhərində olub, burada yerli əhali ilə görüşüb, səhiyyə və təhsil sahələrindəki vəziyyətlə tanış olub. Səfər edilən ərazilərdə missiya mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalar, məktəblər və yaşayış binalarına, habelə mədəni və dini obyektlərə heç bir ziyan vurulmadığını aşkar edib. Missiya Azərbaycan Respublikası hökumətinin şəhərdə tibbi xidmətlərin və bəzi ictimai xidmətlərin bərpasına hazırlaşır", - deyə bəyanatda qeyd olunub.


Senzor.az








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.