Sentyabrdakı antiterror tədbirlərindən əvvəl beynəlxalq ictimaiyyət Qarabağın separatçı rejimi və Azərbaycan nümayəndələri arasında Sofiyada görüş təşkil etməyi təklif edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, belə bir iddia ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.
Parlamentdə “Hökumət saatı”nda baş nazir deyib ki, lakin separatçı rejimin rəhbərliyi bundan imtina edib.
Paşinyanın sözlərinə görə, onlar “erməni müxalifətinin fərmanı” ilə Azərbaycan hakimiyyəti ilə görüşməkdən imtina ediblər.
"Bəli, beynəlxalq birlik Qarabağın separatçı rejiminə Sofiyada beynəlxalq mexanizm çərçivəsində görüş təklif etdi, lakin nədənsə getmədilər" - baş nazir deyib.
Paşinyan bu görüşün dəqiq nə vaxt keçirilməli olduğunu açıqlamasa da, bunun Azərbaycanın antiterror əməliyyatına başlamazdan əvvəl olduğunu xüsusi vurğulayıb.