Türkiyə XİN Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini “qərəzli” adlandırdı

“Avropa Parlamentinin (AP) bu gün (oktyabrın 5-i) qəbul etdiyi “Azərbaycanın hücumundan sonra “Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən təhdidləri” adlı məcburi xarakter daşımayan qətnamə məsuliyyətsizlik, qərəz, tərəfkeşlik və məlumatsızlıq örnəyidir”.

 

Senzor.az bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyinin Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı bəyanatında belə deyilir.

 

“İllərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist Avropa Parlamenti üzvünün ölkəmizi hədəfə alan ritorikasına əsaslanan bu qərarı pisləyirik.

 

Populizm, irqçilik, islamofobiya, multikulturalizmin və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir. Aİ-nin gələcəyi ilə bağlı diləyimiz səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, əhatəli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır.

 

Türkiyə Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması üçün intensiv səylər göstərir, Ermənistanla normallaşma prosesini həyata keçirmək, bu ölkə ilə Azərbaycan arasında sülh prosesinə konkret töhfə vermək, Ukrayna müharibəsi də daxil olmaqla, bütün qarşıdurma və humanitar böhranlarda beynəlxalq hüquq normaları çərçivəsində qardaşlıq və ümumi mənfəətlərin bərqərar olması üçün bütün imkanlarını səfərbər edir və möhtərəm Prezidentimizin liderliyi ilə bu istiqamətdə çəkisi və səylərinə müraciət edilən fundamental aktor mövqeyindədir.

 

Heç kimin nəzərə almadığı, lakin marjinal seqmentlərin diqqətini çəkəcək bu cür məsuliyyətsiz mətnlərin bizə AP qərarı kimi təqdim edilməsini sistem zəifliyi kimi görür və ciddi qəbul etmirik”, - sənəddə diqqətə çatdırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.