Bayden: İsraili tam dəstəkləyirik, nöqtə!

 

“İsraili tam dəstəkləyirik, nöqtə!”

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Co Bayden deyib.

 

“Heç kim xəta etməsin! ABŞ əsla İsraili tərk etməyəcək. Bu ölkə insanlarının özlərini qoruması üçün hər şeyi edəcəyik!” - deyə Ağ Ev rəhbəri bildirib.

 

Qeyd edək ki, bundan öncə Ağ Ev rəhbəri İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparmışdı. Söhbət zamanı İsrailin Baş naziri Fələstin anklavında uzunmüddətli hərbi əməliyyata ehtiyac olduğunu bildirmişdi.

 

Co Bayden isə ölkəsinin İsrailin yanında olduğunu və İsrailin özünü müdafiə etmək hüququnu tam dəstəklədiyini vurğulamışdı.

 

Xatırladaq ki, HƏMAS “İslami-Cihad”la birgə İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. 

 

İsrail ordusu cavab tədbirləri görür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.