İsrail HƏMAS-la sülhün əldə olunmasını müzakirə etmək niyyətində deyil.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan məlumat verib.
O bildirib ki, məqsəd bu hərəkatı məhv etməkdir: "Onlarla danışıq dövrü bitdi. HƏMAS-ın terror infrastrukturunu məhv etməyin, onu tamamilə yerdən silməyin vaxtı çatıb".
Qilad Erdan bildirib ki, ölkəsi müharibə vəziyyətindədir: "Qəzzada vətəndaşlarımız girov saxlanılır, şəhərlərə raket hücumları davam edir. Biz bütün diqqətimizi vətəndaşlarımızın təhlükəsizliyinə yönəltmişik", - o əlavə edib.
Yeri gəlmişkən, hazırda BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail münaqişəsinin gərginləşməsinə həsr olunmuş fövqəladə iclası keçirilir.
İclas Nyu-York vaxtı ilə saat 15:00-da başlayıb.
Tədbir bağlı qapılar arxasında keçirilir.