İran İslam Respublikası İsrailə hücumda iştirak etmir, Fələstin rəhbərliyi qərarları müstəqil qəbul edir.
Bunu "Amwaj".media portalına İranın BMT-dəki Daimi nümayəndəliyindən deyiblər.
"Fələstin müqavimət hərəkatı tərəfindən qəbul edilən qərarlar müstəqildir və hər zaman Fələstin xalqının qanuni maraqlarına uyğundur. Biz Fələstini qətiyyətlə dəstəkləyirik, lakin onun cavab hərəkətlərində iştirak etmirik, çünki onların qərarları yalnız Fələstinin özü tərəfindən qəbul edilir",- Daimi nümayəndəlikdən bildiriblər.
Oradan, həmçinin iddia ediblər ki, İranın İsrailə hücumda iştirakı ilə bağlı xəbərlər İsrail hökumətinin “uğursuzluğu ört-basdır etmək və bunu İranın kəşfiyyat gücü və əməliyyat planlaması ilə əlaqələndirmək” cəhdləri kimi şərh edilə bilər.