Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə hərbçilərinin BMT-nin Müvəqqəti Qüvvələrinin Livandakı missiyasında iştirak mandatını bir il müddətinə uzadıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, parlamentdəki səsvermənin nəticələrinə əsasən, Türkiyə hərbçiləri 2024-cü il oktyabrın 31-dək Livanda qalacaqlar.
Qeyd edək ki, sözügedən mandat ilk dəfə TBMM tərəfindən 2006-cı ilin sentyabrında təsdiqlənib. Ankaranın fikrincə, bu addım regional və qlobal miqyasda sülh və sabitliyin qorunması üçün zəruridir.