Amerikalı milyarder Corc Soros tərəfindən qurulan 25 milyard dollarlıq beynəlxalq fondlar şəbəkəsi işçilərinin 40 faizindən çoxunu ixtisar etməyi planlaşdırır.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Soros dünya üzrə ofislərini bağlayır.
Agentliyin məlumatına görə, Sorosun Açıq Cəmiyyət Fondunun Afrika ofisinin əməkdaşları keçən həftə ofisin bağlanması ilə bağlı məktublar alıblar.
İxtisar 2022-ci ilin dekabrında şirkətin rəhbəri vəzifəsində atası Corcu əvəz edən Aleksandr Sorosun həyata keçirmək istədiyi yeni Açıq Cəmiyyət strategiyasına uyğundur. Avqust ayında medianın yazdığı kimi, Fondun Brüssel və Londondakı Avropa şöbələrində ixtisarlar gözlənilirdi, Barselonadakı bürosunun isə tamamilə bağlanması planlaşdırılırdı.
Qeyd edək ki, Soros fondu hər il 1 milyard dollardan çox qrant verir.