AMİP Azərbaycan Prezidentini təbrik etdi - QARABAĞ BÖLGƏSİNİN İŞĞALDAN TAM AZAD OLUNMASI MÜNASİBƏTİ İLƏ

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Qarabağ bölgəsinin işğaldan tam azad olunması münasibəti ilə təbrik məktubu göndərib.

 

Senzor.az bildirir ki, məktubda deyilir:

 

-Cənab Prezident! Hörmətli Ali Baş Komandan!

 

Dünənki gün, 15 oktyabr 2023-cü il Azərbaycanın 200 illik tarixində bir dönüş nöqtəsi oldu. Xankəndi, Xocalı, Xovacənd, Ağdərə və Əsgəranda ucaldılan müqqəddəs üçrəngli bayrağımız təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə Cənubi Qafqazın tarixinin yenidən yazıldığı gün kimi tarixə düşdü.

 

Anti-terror tədbirləri ilə düşmən işğalından azad olunmuş torpaqlarımızda Dövlət Bayrağımızın ucaldılması bütün dünya ermənilərinə və onların havadarlarına gözdağı olmaqla yanaşı həm də şəhidlərimizin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirmiş oldu.

 

Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu ərazilərimizdə separatizmə yer olmadığını və xam xəyallarla yaşamağın fayda verməyəcəyini erməni toplumu üçün birdəfəlik anlatmış olmaqla xalqımıza böyük xoşbəxtlik və sevinc bəxş etdi.

 

Azərbaycanın Konstitusiya quruluşu və suverenliyinin bərpası ilə ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyacağı da qətiyyən şübhə doğurmur.

 

Cənab Prezident!

 

Azərbaycan Milli İstiqlal Partiyası olaraq Sizi bu möhtəşəm gün münasibətilə təbrik edir, güclü, qüdrətli, demokratik Azərbaycan uğrunda fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

 

 

Dərin hörmətlə,   

                                                                         

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.