Gürcüstan Prezidenti Saakaşvili ilə bağlı yayılan görüntülərdən danışdı –
“ONUN ŞƏRƏF VƏ LƏYAQƏTİ QORUNMALIDIR”
Gürcüstan Prezidenti Salome Zurabişvili sabiq dövlət başçısı Mixail Saakaşvilinin həbsxana xəstəxanasına zorla yerləşdirilməsini əks etdirən videokadrların yayılmasını pisləyib.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, bu barədə S.Zurabişvili keçirdiyi xüsusi brifinqdə bildirib.
 
Prezident qeyd edib ki, qanun qarşısında hamı bərabərdir və keçmiş prezidentin həbsi qanunun aliliyi prinsiplərinə əsaslanıb. Lakin onun zorakılığa məruz qalması yolverilməzdir. Hazırkı hakimiyyət sələfi - M.Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyasının iqtidarı dövründəki hakimiyyətə bənzəməməlidir.
 
O deyib: “Mixail Saakaşvili xüsusi məhbusdur. Cəmiyyət və beynəlxalq ictimaiyyət ona qarşı ən yüksək standartların tətbiqini tələb edir. Keçmiş prezidentin şərəf və ləyaqəti onun davranışına baxmayaraq, qorunmalıdır. M.Saakaşvili hər necə olsa da dövlətlə bağlıdır və bu statusa hörmət edilməlidir. Buna müvafiq olaraq, onun şərəf və ləyaqətini ləkələyən kadrların yayılması qətiyyən yolverilməzdir”.
 
Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və noyabrın 8-də Qldani həbsxanasının klinikasına yerləşdirilib.
 
Gürcüstan Xüsusi Penitensiar Xidmətinin yaydığı videokadrlarda M.Saakaşvilinin xəstəxanaya zor gücünə daxil edilməsi əks olunub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.