Cəbrayıl rayonunda mina partlayıb: XƏSARƏT ALAN VAR YENİLƏNİB

Cəbrayıl rayonunun baş verən partlayış nəticəsində xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

 

Senzor.az bildirir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, 1979-cu il təvəllüdlü şəxs (kişi) bu gün saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

 

Ona sağ said sümüyünün orta 1/3 hissəsinin yerdəyişən sınığı, inci və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınığı diaqnozu təyin edilib.

 

Qeyd olunub ki, hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

 

**20:52

 

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.

 

Qeyd olunub ki, 1979-cu il təvəllüdlü Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

 

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.