Politoloq Nəzakət Məmmədova bir neçə il ərzində sosial şəbəkələrdə Rusiyanın xeyrinə fəal təbliğat aparıb.
Senzor.az haqqin.az-a istinadən bildirir ki, Azərbaycanın xüsusi xidmət orqanları onun fəaliyyətində Rusiya Federasiyasının xeyrinə casusluq ittihamı üçün əsaslardan şübhələniblər.
Xüsusi xidmət orqanları N. Məmmədovanı saxlayıblar, məhkəmə isə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçib.
**21:27(20.10.2023)
Politoloq Nəzakət Məmmədova həbs edilib.
Azvision.az xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.