Türkiyə Super Kuboku uğrunda oyunun keçiriləcəyi ölkə müəyyənləşib. Son çempion “Qalatasaray”la kubokun qalibi “Fənərbağça” arasındakı matç Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Türkiyə Futbol Federasiyası (TFF) yayıb.
Matç dekabrın 30-na təyin edilib. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, görüşün Bakıda təşkil ediləcəyi ilə bağlı xəbərlər var idi. Lakin TFF prezidenti Mehmet Büyükekşi son açıqlamasında Səudiyyə Ərəbistanı variantının daha qazanclı olduğunu bildirmişdi.