“Azərbaycanın Ampute Futbol Komandası əsasən mina partlayışı qurbanlarından ibarətdir və ümid edirəm ki, onlar tezliklə Dünya Amputeiya Futbol Çempionatında iştirak edəcəklər”.
Senzor.az bildirir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu “X” sosial platformasında Azərbaycanın Ampute Futbol Komandası (AAFK) ilə bağlı paylaşımında yazıb.
“Azərbaycan Ermənistanın 30 ildir davam edən işğalı nəticəsində minalarla dünyanın ən çox çirklənmiş ölkələri sırasındadır. Ümid edirəm ki, güclü futbolla və sportforpeace konsepsiyası çərçivəsində Azərbaycanın Ampute Futbol Komandası “ölüm toxumları” - minaların təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək!”, - deyə Hikmət Hacıyev qeyd edib.