“İsrailə soxulan Fələstinin radikal HƏMAS hərəkatının üzvləri kimyəvi silahların necə hazırlanacağına dair təlimatlara malik olublar”.
Bunu İsrail Prezidenti İsxak Hersoq Britaniyanın “Sky News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, HƏMAS-ın öldürülən yaraqlılarından birinin cəsədinin üzərində sianidlə əldəqayırma kimyəvi silahın necə hazırlanması və istifadəsi ilə bağlı məlumatlar tapılıb. Prezident bu vəziyyəti şokedici adlandırıb:
“Bunlar “Əl-Qaidə” terrorçularının rəsmi materiallarıdır. Biz İŞİD, “Əl-Qaidə” və HƏMAS ilə mübarizə aparırıq”, - deyə o vurğulayıb.
Müsahibə zamanı Hersoq təlimat vərəqlərinin laminasiya olunmuş surətlərini də göstərib. Vərəqlərin birində latın hərfləri ilə “Əl-Qaidə” yazısı aydın görünür.