Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın sonunda Brüsseldə görüşməyəcəklər.
Senzor.az bildirir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
O qeyd edib ki, görüşün təxirə salınmasına səbəb vaxt çatışmazlığıdır.
Xatırladaq ki, bundan əvvəl Avropa Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəldiklərini bildirmişdi.