
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Saakaşvilinin vəkili Beka Basiliya deyib.
“Görüşümüzü yekunlaşdırandan sonra Mişa otaqdan çıxanda büdrədi və yıxıldı. Sonra xərək lazım oldu. Yerə yıxıldıqdan sonra Saakaşvilidən bir söz də eşitmədim. Hadisədən sonra Saakaşvili gözlərini açmadı”, - deyə vəkil bildirib.
Xüsusi Penitensiar Xidmətin həkim-reanimatoloqu isə jurnalistlərə açıqlamasında deyib ki, Saakaşvilinin hazırkı vəziyyəti tam sabitdir. Hermodinamika, oksigenasiya və nəfəs göstəriciləri norma daxilindədir.
Həkimin sözlərinə görə, pasiyentdə həqiqətən də özündən getmə epizodu olub: “Amma aparılmış kiçik reanimasiya tədbirləri nəticəsində onun vəziyyəti sabitləşib”.