İsrail Qəzzada quru əməliyyatına başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrail müdafiə ordusunun nümayəndəsi, briqada generalı Daniel Haqari deyib.
O qeyd edib ki, Qəzza zolağında ardıcıl bir neçə güclü partlayış olub və bu partlayışlar 7 oktyabrdan – eskalasiya başlayandan bəri endirilən ən güclü zərbələrdən sonra baş overib. Hücumlar həm havadan, həm dənizdən, həm də qurudan həyata keçirilir:
Briqada generalı onu da bildirib ki, "Hərbi Hava Qüvvələri yeraltı hədəflərə və terror infrastrukturlarına çox fəal hücum edir. Son bir neçə gündə apardığımız hücum əməliyyatından sonra bu gecə quru qüvvələri fəallıqlarını artırıblar”.