"Vaqner"in 170-dən çox keçmiş döyüşçüsü "Axmat" xüsusi təyinatlılarında xidmətə başlayıb.
Senor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat verib.
""Vaqner"in keçmiş döyüşçüləri "Axmat" elit xüsusi təyinatlılarına qoşulur. Bölməmizin sıralarında xidmətini davam etdirmək arzusunu bildirən növbəti qrupda həm Donbas, Ukrayna ərazisində, həm də digər qaynar nöqtələrdə döyüş əməliyyatlarında böyük təcrübəyə malik 170-dən çox əsgər var",- o bildirib.