Avropa Şurasının baş katibi Mariya Buriç Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə təşəkkür edib.
Senzor.az bildirir ki, M.Buriç bu barədə özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin Orqan alverinə qarşı Konvensiyanı imzalamasına görə cənab Əli Nağıyevə təşəkkür edirik”, - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Avropa Şurasının Orqan alverinə qarşı Konvensiyası hökumətləri canlı və ya ölmüş donorlardan insan orqanlarının qanunsuz çıxarılmasını cinayət kimi müəyyən etməyə çağırır.