Çeçenistan rəhbəri Ramzan Kadırov Mahaçqala hava limanında dünən baş vermiş insidenti pisləyib.
Senzor.az bildirir ki, bu barədə o, Teleqram kanalında yazıb.
"Fələstin xalqının faciəsi ilə bağlı son hadisələri nəzərə alaraq vurğulamışam ki, İsrail rejimi dinc əhaliyə qarşı kütləvi terror təşkil edərək dünyaya əsl simasını göstərdi. Lakin Rusiyanın düşmənlərinin yolu ilə gedərək vəziyyəti içəridən sarsıtmaq, mitinqlər keçirmək, yəhudi millətindən olan insanları axtarmaq adı ilə aeroportlara hücum çəkib oranı dağıtmaq və zorakılığa çağırış etmək olmaz. Biz bütün bunların fövqündə olmalı, torpağımızda asayişi qorumalıyıq. Bu cür hərəkətlər istənilən halda yolverilməzdir və qarşısı çox sərt şəkildə alınacaq”, – Kadırov vurğulayıb.