Putin qalib gələ bilər: QƏRB YORULDU, KİYEVİN ŞANSI…
ŞƏRH

ABŞ müdafiə naziri Lloyd Ostin Senatın komitəsində keçirilən dinləmələrdə deyib ki, ABŞ Ukraynaya dəstəyini dayandırsa, Rusiya işğalçı müharibədə qalib gələcək. Ostinin fikrincə, Rusiya rəhbərliyi ümid edir ki, Qərb Ukraynanı dəstəkləməkdən yorulacaq və bu zaman Moskva üstünlük əldə edəcək.

 

Senzor.az bildirir ki, bunları politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti və ABŞ-ın yüksək səlahiyyət sahiblərinin açıqlamalarını şərh edərkən deyib.

 

O bildirib ki, Ostin “əgər Ukraynanı dəstəkləməsək, Putin qalib gələcək” fikrində haqlıdır: “Pentaqon rəhbəri bunu təsadüfən deməyib, bır sıra Qərb ölkələrində Rusiya-Ukrayna müharibəsindən yorğunluq artmağa başlayıb. Bəzi Qərb ölkələri Ukraynaya dəstəyi azaltmaq barədə düşünür. ABŞ Konqresi belə büdcədə Ukraynaya yardımı nəzərdə tutmayıb. Polşa Ukrayna məhsullarının Avropa bazarına çıxarılmasının əleyhinədir, Macarıstan AB-nin Ukraynaya dəstəyinin azaldılmasına çalışır. Növbəti il ərzində müharibədən yorğunluğun daha da artacağı ehtimalı var. Qərb ölkələrinin bir qismində “biz daha nə qədər Ukraynaya maliyyə və hərbi texnika göndərəcəyik” sualı tez-tez səslənməyə başlayıb. Bu gedişat Kremlinin maraqlarına uyğundur”.

 

Politoloq bildirib ki, Ukrayna müharibədə dönüş yaratmaqla Qərbdəki yorğunluğun qarşısını ala bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.