İtaliya Qəzza zolağında səhra xəstəxanası yaratmağı düşünür.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Qido Krosetto məlumat verib.
"Hərbi Hava Qüvvələrinin Qəzza zolağının əhalisi üçün humanitar yardım aparan daha bir təyyarəsi Əl-Ariş hava limanına enib (Misir – red.). Biz Qəzzada səhra xəstəxanası yaratmaq imkanını nəzərdən keçiririk”, - deyə nazir X sosial şəbəkəsindəki səhifəsində yazıb.