İran Türkiyə vasitəsilə İsrailə neft ixrac edir və bu, Təl-Əvivin yanacağa olan ehtiyacının əhəmiyyətli hissəsini təmin edir.
Bu barədə İLNA Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat yayıb.
İran parlamentinin keçmiş üzvü Hidayətullah Xadimi İLNA-ya müsahibəsində bunu inkar etməyib.
“Türkiyə ilə İsrail arasında iqtisadi, hərbi, mədəni və turizm sahəsində əlaqələr var və Türkiyənin İrandan aldığı nefti İsrailə ixrac etməsi ehtimalı yüksəkdir”, - o deyib.
Müstəqil ekspertlər bildirirlər ki, sanksiyalardan əziyyət çəkən və neftin satılmasında problemlər yaşayan İranın Türkiyə vasitəsilə İsrailə neft ixrac etməsi Tehran rəsmilərinin razılığı əsasında baş verir.
Axar.az xatırladır ki, Əli Xamenei noyabrın 1-də müsəlman ölkələrindən İsrail ilə əlaqələri kəsməyi, bu ölkəyə yanacaq və ərzaq ixracatını dayandırmalarını təlb etmişdi.