Hakan Fidan Aİ-ni ikili standartlara görə tənqid etdi

"Avropa İttifaqı (Aİ) Ukrayna və Fələstinə qarşı ikili standartlar nümayiş etdirir".

 

"RİA Novosti" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində qapalı görüş zamanı deyib.

 

O vurğulayıb ki, söz azadlığı adı altında Qurani-Kərimə hücumlara icazə verənlər Fələstindəki vəziyyətə etiraz etmək istəyənlərin qarşısını alırlar: “Bu, qəbuledilməz ikili standartdır”. 

 

Nazir həmçinin Aİ-nin Qəzza və Ukraynadakı mülki şəxslərə qarşı ikili standartlar siyasətini kəskin tənqid edib.

 

Bundan əlavə, Fidanın danışıqlar prosesində konkret dövlətlərin eqoist maraqlarına uyğun istifadə edilmədən, qərəzsiz iştirakın vacibliyini vurğuladığı bildirilir.

 

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edərkən, İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəkləyən ölkələri tənqid edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.