ABŞ Prezidenti Co Baydenə impiçment tətbiq edilib-edilməməsi ilə bağlı qərar tezliklə veriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib.
O, mətbuat konfransında impiçment prosesinə başlamaq üçün kifayət qədər dəlilin olub-olmaması ilə bağlı sualı cavablandırarkən bu barədə qərarın tezliklə veriləcəyini bildirib.
Conson əlavə edib ki, qərar dəlilin nə olduğundan və “işi hara aparmasından” asılı olaraq veriləcək.
Xatırladaq ki, Consonun sələfi Kevin Makkarti Prezidentin davranışı ilə bağlı hələ bu ilin sentyabrında araşdırma elan etmişdi, amma bir neçə həftə ərzində spiker vəzifəsindən kənarlaşdırıldı.
Onu da qeyd edək ki, araşdırma Prezident və onun ailəsi, xüsusən də oğlu Hanter Bayden ətrafında korrupsiya iddialarına yönəlib. Ağ Ev rəhbəri isə əmindir ki, vergi pozuntularında şübhəli bilinən oğlu Hanter heç bir qanunsuz hərəkətə yol verməyib.