İsrail naziri Qəzza zolağına nüvə bombası atlacağını istisna etmədiyini dedi
NETANYAHUNUN SƏRT TƏPKİSİ İLƏ ÜZLƏŞDİ

İfrat sağçı Otzma Yehudit partiyasından olan İsrailin Milli İrs naziri Amixiya Eliyaxu bildirib ki, Yaxın Şərqdəki münaqişəyə son qoymaq variantlarından biri Qəzza zolağına nüvə bombası ilə hücum etmək olacaq.

  

Senzor.az bildirir ki, yerli “Kol Berama” radiosunda söhbət zamanı Eliyaxuya Qəzza zolağına nüvə bombasının atılmasının lazım olub-olmaması barədə sual verilib.

 

Eliyaxu bunun mümkün variantlardan biri olduğunu istisna etməyib. O, həmçinin Qəzzada yaşayan fələstinlilərə hər cür yardımın əleyhinə çıxıb. Deyib ki, “biz nasistlərə humanitar yardım etməzdik”.

 

Qeyd etdiyimiz kimi, Amixiya Eliyaxu İsraildə ultrasağ partiyanın nümayəndəsidir, lakin Qəzza zolağında hərbi əməliyyatlarla bağlı qərarlar qəbul edən Nazirlər Kabinetinin tərkibinə daxil deyil.

 

Bununla belə, İsrailin baş naziri Benyamin Netanyahu həmin nazirin qalmaqallı açıqlamalarına cavab olaraq bildirib ki, onun dedikləri həqiqəti əks etdirmir və reallıqla heç bir əlaqəsi yoxdur. Baş nazir onu da əlavə edib ki, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatlar zamanı beynəlxalq qanunlara əməl edir: "İsrail və İsrail Ordusu beynəlxalq hüququn standartlarına uyğun hərəkət edir və biz bunu qələbəyə qədər davam etdirəcəyik”.

 

B.Netanyahu həmçinin vurğulayıb ki, Amixiya Eliyaxu həmin sözlərinə görə, xüsusi  bildirişə qədər Nazirlər Kabinetinin iclaslarından uzaqlaşdırılıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.