Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinə münasibət bildirib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Ərdoğan bildirib ki,
CHP-yə yeni lider seçilməsi heç nəyi dəyişməyəcək.
Dövlət başçısı bunu onunla izah edib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir: “Dünən ana müxalifət partiyasının qurultayı keçirilib. Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə “sağol” deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”.
Qeyd edək ki, Türkiyədə ana müxalifət partiyasına yeni sədr seçilib. Bu, Manisadan millət vəkili seçilmiş Özgür Özəldir.