Əziz Dostlar, noyabr ayının 5-dən başlayaraq hər həftənin bazar günü, saat 21-də REAL TV-nin efirində “Zaman Vüsal Məmmədovla” layihəsi yayımlanacaq. Beş ildən artıq bu saat mənim Sizinlə görüş vaxtım olub. Bundan sonra isə saat 21-də Vüsal Məmmədovla görüşəcəksiniz. Çox istedadlı, erudisiyalı, məlumatlı, dövlətçi həmkarıma uğurlar arzulayır, onun işgüzar, peşəkar komandamızın hər bir üzvü ilə birlikdə yaradacağı təhlil buraxılışının şəksiz müvəffəqiyyətinə ürəkdən inanıram.
“Mir Şahinin vaxtı” isə sərbəst efir qrafikinə uyğun olaraq hazırlanacaq. Gözlənilmədən görüşəcəyik. Xüsusi hallarda. Xüsusi hadisələrdə. Mənim bundan sonrakı jurnalistlik fəaliyyətim daha çox Ən Yeni Tariximizlə bağlı sənədli telefilmlər, layihələrlə bağlı olacaq.
Vüsal Məmmədovla Zaman-da mahiyyət etibarilə xeyli yeniliklər var. Detalları açmır, hamınızı bu axşam saat 21-də Vüsal Məmmədovla Zamana dəvət edirəm.
Mir Şahin Ağayev,
Real TV-nin direktoru