İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani Vaşinqtonun Qəzza zolağında müharibəyə son qoymadığı və atəşkəsə nail olmadığı təqdirdə, ABŞ-ı “ağır zərbə” ilə hədələyib.
Senzor.az bildirir ki, bu barədə İran mətbuatı yazıb.
“Amerikalılara tövsiyəmiz odur ki, İsrail və Fələstin arasındakı müharibəni dərhal dayandırsınlar və həmçinin atəşkəsi təmin etsinlər. Əks halda siz ağır zərbə alacaqsınız”, - general bildirib.
O, ABŞ-ı HƏMAS-ın İsrailə qarşı müharibəsinə birbaşa müdaxilə etməkdə ittiham edib.