ABŞ dövlət katibi Antoni Blinkenin səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan ona Fələstin-İsrail münaqişəsinin nizamlanmasına dair Ankaranın dörd təklifini təqdim edəcək.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Blinkenin Fidanla sabahkı görüşündə Türkiyənin gündəmində 4 mühüm mövzu var. Bunlar dərhal atəşkəsin elan edilməsi, münaqişənin regiona yayılmasının qarşısının alınması, qarant ölkələrin formalaşdırılması və humanitar yardımdır.
Türkiyə və bəzi bölgə ölkələri atəşkəs üçün səylər göstərərkən, ABŞ və Qərb ölkələri İsraili dəstəkləməyə davam edirlər”, - məlumatda deyilir.