“Yaxın Şərqdə baş verənlər dinlərin və ya sivilizasiyaların müharibəsidir”
COZEP BORRELL

“İsrail-Fələstin silahlı qarşıdurması artıq İsraillə ərəb dünyası arasındakı savaş deyil. Bu, dönüş nöqtəsidir. Hazırda baş verənlər dinlərin və ya sivilizasiyaların müharibəsidir”.


Bunu Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib.


İsrailin özünümüdafiə haqqının olduğunu söyləyən ali nümayəndə bunun beynəlxalq hüquq çərçivəsində həyata keçirilməli olduğunu bildirib: “Mülki şəxslər qorunmalıdır”.


J.Borrellin sözlərinə görə, humanitar vəziyyətin görməzdən gəlinməsinin mənfi nəticələri ola bilər: “İnsan faciələrinə göz yumularsa, vəziyyət əvvəl-axır əksinə çevrilə bilər”.


Aİ rəsmisi bildirib ki, Ağ evin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan oktyabrın 7-nə qədər deyirdi ki, region 10 illərdir heç bu qədər sakit olmayıb: “Belə bir korluğu necə izah edə bilərik? Bu ziddiyyətə necə münasibət bildirə bilərik?”.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.