Övladları ana dilini bilməyən məmurları işdən çıxaracam.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Əgər görsəm ki, həmkarımın övladları öz ana dilini bilmirlər, onu dərhal komandamızdan xaric edəcəm, onunla bütün əlaqələri kəsəcəyəm, ilk növbədə valideynlər uşaqlara öz ana dilində danışmağı öyrətməlidirlər. Çeçen dilini bilən gənc nəsil olmasa, respublikanın gələcəyi olmayacaq”, - Kadırov bildirib.