Aİ Şurasının keçmiş prezidenti sürücülük vəsiqəsindən məhrum edildi -
SƏBƏB?
Avropa İttifaqı (Aİ) Şurasının keçmiş prezidenti, Polşanın keçmiş baş naziri və hazırkı müxalifət lideri Donald Tusk sürət həddini aşdığı üçün sürücülük vəsiqəsindən məhrum edilib.
 
Senzor.az
bildirir ki, bu barədə Donald Tusk "Twitter" hesabında özü məlumat paylaşıb.
 
“Yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar üç ay müddətinə sürücülük vəsiqəmin ləğvi, 10 bal və cəriməm var. Adekvatdır. Mən bu cəzanı müzakirə etmədən qəbul etdim", - o bildirib.
 
Mlava rayon polis departamentinin sözçüsü jurnalistlərə faktı təsdiqləyib. Qeyd olunub ki, şənbə günü səhər Vişnevo kəndində polis sürəti saatda 50 kilometrdən çox aşan "Skoda" avtomobilinin sürücüsünü saxlayıb. Polis sözçüsü cərimələnən şəxsin Donald Tusk olduğunu və onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edildiyini və cərimə olunduğunu təsdiqləyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.