Mir Şahin Mirdilavər oğlu Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Senzor.az bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Real Təhlil və İnformasiya Mərkəzinin direktoru M.Ağayev 1963-cü ildə Yardımlı rayonunda anadan olub. Sabah onun 60 illik yubileyidir.
Senzor.az kollektivi olaraq Azərbaycan jurnalistikasının ən parlaq imzalarından biri, təxminən 40 illik peşəkar jurnalist fəaliyyəti dövründə özünəməxsus dəst-xətt formalaşdırmış, Azərbaycan telejurnalistikasında öz məktəbini yaratmış Əməkdar jurnalist Mir Şahin Ağayevi həm bu ali ordenlə təltif olunması, həm də sabahkı yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, peşəkar fəaliyyətində və Azərbaycan jurnalistikasının inkişafında yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Əminik ki, ötən 60 ilin uğur hekayəsi bundan sonra da davam edəcək, dəyərli həmkarımızı layiq olduğu daha böyük zirvələrə daşıyacaq və heç bir olay gələcəkdə də onun Şahin gözündən yayınmayacaq!