
Senzor.az bildirir ki, yerli KİV bunu nəzərə alaraq belə hesab edir ki, Paşinyan son vaxtlar hətta, “öz kölgəsindən belə qorxmağa başlayıb”.
İrəvanın “Hraparak” qəzeti qeyd edir ki, Paşinyanın göstərişi ilə Ermənistanın bütün dövlət qurumlarında foye və kabinetlər mikroskopik “juçoklarla” doldurulur.

Nəşrin əməkdaşı yazır ki, bu rəis öz növbəsində aralarında qadının da olduğu işçiləri “xalçaya” çağırıb və onlardan izahat tələb edib: "Kişilər dərhal tövbə edərək belə siyasi səhvləri bir daha təkrar etməyəcəklərini vəd ediblər, qadın isə cavab verib ki, hər kəs haqqında istədiyi bir şey söyləmək onun konstitusion hüququdur. Bəlkə Ermənistan artıq demokratik ölkə deyil və orada öz fikrini bildirmək qadağandır?”