Noyabrın 14-də İsrailin Azərbaycandakı səfirliyi HƏMAS tərəfindən saxlanılan girovların buraxılması çağırışı ilə aksiya keçirib.
Senzor.az bildirir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “Twitter” səhifəsində yazıb.
Aksiyada Milli Məclis üzvləri və girov saxlanılanlar arasında vətəndaşları olan ölkələrin səfirləri iştirak ediblər.
Deputatlar 33 uşaq, o cümlədən əsirlikdə dünyaya gələn körpə də daxil olmaqla, 240 girovun dərhal azad edilməsi üçün rəmzi çağırışla Bakıdakı səfirliyin damından hava şarlarının səmaya buraxılmasına qoşulublar.
"HƏMAS 40 günə yaxındır onları Qəzzada saxlayır. Ailələrin tək olmadıqlarını bilmələrini istəyirik", - deyə səfir qeyd edib.
Senzor.az