ABŞ Dövlət Departamenti:
“RUSİYA SÜLHMƏRAMLILARINA ƏVƏZ TAPILMALIDIR”

ABŞ Dövlət Departamenti hesab edir ki, Azərbaycanın Qarabağ İqtisadi Zonasında müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarına əvəz tapılmalıdır.


Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen çıxış edib.


“Hazırda Rusiya qoşunları oradadır, 2020-ci il atəşkəs bəyanatına əsasən, bu, onların ilk müddətidir. Əgər Ermənistan və Azərbaycan üçün alternativ olarsa, artıq Rusiya sülhməramlılarının iştirakına ehtiyac qalmayacaq. Onlar artıq  sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirməkdə uğursuz olublar”, - diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən bildirib.


“Rusiya sülhməramlılarının 5 illik müddət bitdikdən sonra - il yarımdan sonra ölkəni tərk etmələri lazımdır”, - o əlavə edib.


Dövlət katibi köməkçisinin sözlərinə görə, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır.


“Ən yaxşı yanaşma hər iki ölkəyə bizimlə və Qərblə işləmək kimi alternativ verməkdir”, - o vurğulayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.