Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə danışıqlardan bir neçə saat sonra onu yenidən “dictator” adlandırıb.
Senzor.az bildirir ki, məlumatı CNN yayıb.
Belə ki, San-Fransiskoda Amerika və Çin liderləri arasında aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransında Bayden bir jurnalistin Si Cinpini diktator kimi təsvir etməyə davam edib-etməyəcəyi barədə sualını cavablandırarkən deyib: “O, kommunist ölkəsini idarə etməsi mənasında diktatordur. Çin hökuməti bizimkindən tamamilə fərqlidir”.
Xatırladaq ki, bu ilin iyununda ABŞ Prezidenti Çin Xalq Respublikasının rəhbərini “cəsus şarla” (hava balonu) bağlı yaranmış vəziyyətə görə də “dictator” adlandırmışdı. Sonra Çin etiraz etdi və Baydenin sözlərini “təxribat” adlandırdı.
Senzor.az