Rusiyanın növbəti prezidenti Putin kimi olmalıdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “MQİMO 360” (“MQİMO” - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu - red.) tələbə xəbər kanalına müsahibəsində deyib.
"Eynən onun kimi biri olmalıdır", - deyə Dmitri Peskov növbəti prezidentin necə olması barədə suala cavab verərkən bildirib.
Peskovun fikrincə, Putin prezident seçkisində namizəd olmaq qərarına gələrsə, qalib olacaq.
"Putin namizədliyini irəli sürmək niyyəti barədə hələ ki açıqlama verməyib. Amma mən ürəkdən inanmaq istəyirəm ki, o bunu edəcək. Onun seçkidə qalib gələcəyinə şübhəm yoxdur", - deyə Peskov qeyd edib.