Almaniya Kansleri Olaf Şolts yenidən Rusiya Prezidenti Vladimir Putinlə dialoqu davam etdirmək niyyətində olduğunu bəyan edib.
Bu barədə “DPA” məlumat yayıb.
“Mən onunla danışacağam”, - deyə o vurğulayıb.
Bununla yanaşı, Şolts qeyd edib ki, hazırda Rusiyanın Ukrayna ilə bağlı hər hansı güzəştə gedəcəyi bir ssenari görmür.