ABŞ Prezidenti Cozef Baydenin reytinqi onun prezidentliyi dövründə ən aşağı səviyyəyə enib.
Bunu “NBC News”un keçirdiyi sorğunun nəticələri də təsdiqləyir.
Sorğu Baydenin reytinqinin 40%-ə düşdüyünü göstərib. Hesab olunur ki, reytinqin aşağı olması həm də dövlət başçısının xarici siyasəti və İsrail-HƏMAS münaqişəsinə yanaşması ilə bağlıdır.
O da məlum olub ki, 2024-cü il seçkiləri ərəfəsində Baydenin reytinqi ilk dəfə ABŞ-ın keçmiş prezidenti Donald Trampdan geri qalıb.
Nəticələrin təhlili 18 yaşdan 34 yaşa qədər olan seçicilər arasında fikir dəyişikliyini göstərib və bəyənmə reytinqi 31%-ə düşüb.