ABŞ Azərbaycanla Ermənistan arasında müdafiə nazirlikləri vasitəsilə birbaşa əlaqə xəttinin yaradılması barədə qərarı alqışlayır.
Bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger Trend-in sualını cavablandırarkən deyib.
"Biz bu addımı alqışlayırıq. Həm də hesab edirik ki, tərəflər bu mexanizmdən istifadəyə hazırlıq nümayiş etdirməli və bundan faydalanmalıdırlar. Mən həm də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüşün keçiriləcəyi xəbərini eşitməkdən məmnun oldum. ABŞ da Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələrin yaradılması üzərində səylə işləyib. Bu, tərəflər arasında etimadın təmin olunmasına imkan verəcək", - deyə səfir bildirib.
Erl Litsenberger deyib ki, ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın səylərini dəstəkləyir: "Bu, kommersiya qərarlarından asılıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün mümkün olan hər şeyi edir. Biz "Cənub Qaz Dəhlizi"nə siyasi dəstəyi təmin etmişdik və bu mövqeyimizi dəyişmək üçün heç bir səbəb yoxdur".