Sahibə Qafarova ABŞ Senatının qəbul etdiyi "erməniləri müdafiə aktı"nı pislədi

Bildiyiniz kimi, Azərbaycan 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Lakin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan, təəssüf ki, bu üç il ərzində siyasi və hərbi təxribatlarla məşğul olub. Belə ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmayıb, əksinə, həmin ərazilərə silah, sursat və hərbi qulluqçuların daşınmasını davam etdirib. Ermənistan işğal dövründə basdırdığı və sayı milyondan çox olan minalarla yanaşı, işğaldan azad edilmiş əraziləri də minalamaqda davam edib.

 

Senzor.az bildirir ki, bunları Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

 

O qeyd edib ki, həmçinin, Ermənistan rəhbərliyinin ərazilərimizdəki qanunsuz marionet strukturuna “təbrik mesajları” və bu qeyri-qanuni qurumun qondarma “prezident seçkiləri” Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə aşkar şəkildə pozulması idi.

 

“2023-cü il sentyabrın 19-da isə Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş torpaqlarımızda qəsdən yerləşdirdiyi minaların partlaması nəticəsində 6 mülki şəxs və polis əməkdaşı həlak olub.

 

Bundan sonra – sentyabrın 19-20-də lokal antiterror tədbirləri həyata keçirilmişdir və bu, Azərbaycanın öz Konstitusiya quruluşunu bərpa etmək və qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədi daşıyıb.

23 saat ərzində həyata keçirilən bu antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tam tərksilah edilmiş, Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimə son qoyaraq, beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini tam bərpa etmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, antiterror tədbirləri zamanı Azərbaycan beynəlxalq humanitar hüquqa tam uyğun hərəkət edib.

 

Bu gün Azərbaycanın gündəliyi münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasıdır. Təəssüf ki, Ermənistan sülh naminə çalışmaq əvəzinə hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Azərbaycana qarşı kampaniyada bütün imkan və platformalardan istifadə etməkdə davam edir. Çox təəssüf ki, son dövrlərdə bu məsələ ilə əlaqədar Azərbaycana qarşı bir sıra qeyri-obyektiv və ədalətsiz qətnamələr qəbul edilib.

 

Bildiyiniz kimi, bir sənəd də noyabrın 15-də ABŞ Senatı tərəfindən qəbul edilib. Bu, “2023-cü il erməniləri müdafiə aktı” adlanan bir sənəddir. Elə həmin gün Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində məlum dinləmələr də keçirilib.

 

Senatın aktında bölgədən könüllü getmiş erməni sakinlərin zorla köçürüldüyü iddia edilir. Bu, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların rəylərinə tamamilə ziddir”, - deyə S.Qafarova bildirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.