“Türkiyəni bu müharibədən də qalib çıxaracağıq" –
ƏRDOĞAN İCTİMAİYYƏTƏ MÜRACİƏT ETDİ
Valyuta məzənnəsinin yüksəlişi ilə bağlı qiymət artımı investisiyaya, istehsala və məşğulluğa birbaşa təsir göstərmir. Valyuta məzənnəsində rəqabət qabiliyyəti investisiyaların, istehsalın və məşğulluğun artmasına yol açır.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin noyabrın 22-də keçirilmiş növbəti iclasından sonra ictimaiyyətə ənənəvi müraciətində deyib.
 
Çıxışında Türkiyənin sosial tədbirləri, sənaye və istehsaldakı gücünün yüksəlişi üçün həyata keçirilən layihələr, eləcə də milli valyuta türk lirəsinin məzənnəsi ilə bağlı son vəziyyət barədə fikir və düşüncələrini bölüşən dövlət başçısı deyib: “Bizə məzənnə və faiz artımları ilə oynanılan oyunu gördük. Amma səbr etdik və qazandıq. Eyni oyunu terror təşkilatlarına qarşı mübarizədə də gördük. Əks hücumlara keçdik, bacardıq. Xalqımızı bu iqtisadi asılılıq müharibəsindən də qalib çıxaracağıq”,
 
Zəlzələ və digər təbii fəlakətlərdə evləri dağılmış vətəndaşlar üçün inşa edilən mənzillər barədə ətraflı məlumat verən, eləcə də İzmir zəlzələsində (29 oktyabr 2020) zərər çəkən vətəndaşlar üçün tikilən ev və dükanların noyabrın 26-da sahiblərinə paylanacağını xatırladan Prezident bildirib ki, Türkiyə ölkə əhalisinin rifahının yaxşılaşdırılması, məşğulluğun qorunması və genişlənməsi üçün əsaslı strategiyanı bundan sonra da uğurla davam etdirəcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.